Futbol üzrə Misli Premyer Liqasında 35-ci turun oyunları davam edir. Çempionatın gümüş medallarını təmin edən "Zirə" komandası bu gün doğma meydanda "Sabah"ı qəbul edib. Zİrə İdman Kompleksi stadionunda keçirilən oyunda qalib müəyyənləşməyib - 1:1. Oyunda hesabı 26-cı dəqiqədə “Sabah”ın futbolçusu Giorgi Papunaşvili açıb. Lakin qarşılaşmanın ikinci hissəsində qəsəbə təmsilçisi hesabda tarazlığı bərpa edib. 67-ci dəqiqədə Pavol Safranko fərqlənib.
Beləliklə, 35 turdan sonra "Zirə" 71 xalla ikincidir. Aktivində 45 xalı olan "Sabah" isə beşinci pillədə qalıb.