"Araz-Naxçıvan" klubu futbol üzrə Misli Premyer Liqasının bürünc medallarını təmin edib.
Olimpnews.az xəbər verir ki, Naxçıvan təmsilçisi buna 35-ci turda “Şamaxı” üzərində minimal hesablı (0:1) qələbə sayəsində nail olub. Oyunda vurulan yeganə qolun müəllifi 44-cü dəqiqədə fərqlənən Felipe Santos olub. Beləliklə, xallarının sayını 58-ə çatdıran “Araz-Naxçıvan” çempionatın sonuna bir tur qalmış “Turan Tovuz”u 6 xal qabaqlayıb. Naxçıvan təmsilçisi növbəti mövsümdə ölkəmizi Konfrans Liqasında təmsil edəcək. “Şamaxı” isə 36 xalla 7-cidir.
Qeyd edək ki, XXXV turun oyunlarına sabah yekun vurulacaq.
Misli Premyer Liqasında bürünc medalçının adına aydınlıq gəldi
