“Kristal Pelas" 120 illik klub tarixində ilk dəfə çempion oldu

“Kristal Pelas" 120 illik klub tarixində ilk dəfə çempion oldu

"Kristal Pelas" klubu futbol üzrə İngiltərə Kubokunun 2024-25-ci illər mövsümünün qalibi adını qazanıb.  
Olimpnews.az xəbər verir ki, klub həlledici final oyununda "Mançester Siti"yə 1:0 hesabı ilə qalib gəlib. Londonun "Uembli" stadionunda təşkil olunan oyunda yeganə qolun müəllifi "Kristal Pelas"ın yarımmüdafiəçisi Ebereçi Eze olub. Bununla da “Kristal Pelas" 120 illik klub tarixində ilk dəfə olaraq böyük titulunu əldə edib və növbəti mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində iştirak etmə hüququ qazanıb.
“Mançester Siti” isə ardıcıl ikinci dəfə İngiltərə Kubokunun finalında məğlub olub. “Şəhərlilər” ötən mövsüm finalda “Mançhester Yunayted”ə uduzaraq çempionluqdan məhrum olmuşdu.