Almaniyanın "Bayer Leverkusen" klubu yarımmüdafiəçisi Florian Virtsin transfer qiymətini qaldırıb.
Olimpnews.az xəbər verir ki, klub rəhbərliyi oyunçu üçün 100 milyon avroluq təklifləri rədd edəcək. Bundestim təmsilçisi oyunçusunu komandasında görmək istəyən klubdlardan 150 milyon avro tələb edəcək.
Qeyd edək ki, Florian Virts ilə Almaniyanın "Bayern Münhen" klubunun razılıq əldə etdiyi deyilsə də, futbolçu sonradan qərarını dəyişib. Hazırda 22 yaşlı yarımmüdafiəçi ilə İngiltərənin "Mançester Siti", "Liverpul" və İspaniyanın "Real Madrid" klubları da maraqlanır. Klub futbolçuya yaxın günlərdə seçimini etməsini tapşırıb.