İngiltərənin “Liverpul" klubu gənc müdafiəçisi Konor Bradley ilə mövcud müqaviləsini yeniləyib.
Olimpnews.az xəbər verir ki, “mersisaydlılar” şimali irlandiyalı futbolçu ilə 6 illik yeni müqavilə imzalayıb. Hazırkı mövsümdə baş məşqçi Arne Slotun rəhbərliyi altında 27 oyunda iştirak edən 21 yaşlı futbolçu “Liverpul”un Premyer Liqa çempionluğunda mühüm rol oynayıb.
"Liverpul" müdafiəçisi ilə müqaviləni yenilədi
