Stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub.

Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, “Şüa” İdman Kompleksində keçirilən turnirin son günündə şəxsi, qoşa və qarışıq-qoşa yarışında qaliblər müəyyənləşib.

Şəxsi yarışlar Onur Quluzadə və Mərziyyə Nurmətovanın qələbəsi ilə başa catıb.

Kişilərin qoşa mübarizəsində Vəzir Allahverdiyevlə Onur Quluzadə, qadınlarda Mərziyyə Nurmətova ilə Aylin Əsgərova bütün rəqiblərini üstələyib.

Qarışıq-qoşa yarışda isə Vəzir Allahverdiyevlə Zemfira Mikayılova Azərbaycan çempionu adına sahib çıxıb.

Xatırladaq ki, turnirin ilk günlərində keçirilən komandaların mübarizəsi kişilərdə “Bakı-1”in, qadınlarda isə “Sumqayıt-1” kollektivinin qələbəsi ilə nəticələnib. Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom, medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunub.