Xorvatiyalı ulduz karyerasını başa vurub

Xorvatiyalı ulduz karyerasını başa vurub

Xorvatiyalı yarımmüdafiəçi İvan Rakitiç sosial şəbəkə hesabında futbolçu karyerasını bitirdiyi barədə paylaşım edib.

Olimpnews.az xəbər verir ki, karyerası ərzində “Sevilya” və “Barselona”da çıxış edən futbolçu bütün titullara yiyələnib. Yığma komanda səviyyəsində o, 2018-ci ildə Rusiyada təşkil olunan dünya çempionatının gümüş mükafatçısı olub. Rakitiç cari mövsümü azad agent kimi "Hayduk" klubunda keçirib.