Fransanın “France Football” jurnalının versiyasına görə dünyanın ən yaxşı futbolçusu üçün nəzərdə tutulan "Qızıl top" mükafatının təqdimetmə mərasiminin vaxtı açıqlanıb.
Olimpnews.az xəbər verir ki, tədbir sentyabrın 22-də Parisdəki "Chatele" teatrında təşkil ediləcək.
Məlumat üçün bildirək ki, sonuncu dəfə bu mükafat ötən il “Mançester Siti”də çıxış edən ispaniyalı futbolçu Rodriyə təqdim edilmişdi.