Bu mövsüm İspaniya La Liqasını üçüncü pillədə başa vuran Madrid "Atletiko"su bütün diqqətini gələn ay ABŞ-da təşkil olunacaq klublararası dünya çempionatına yönəldib.
Olimpnews.az xəbər verir ki, klub artıq yeni formalarını da ictimaiyyətə təqdim edib.
Məlumat üçün bildirək ki, «Atletiko» həmin yarışda B qrupunda yarışacaq. Baş məşqçi Dieqo Simeonenin komandası «Botafoqo» (Braziliya), PSJ (Fransa) və «Sietl Saunders»lə (ABŞ) üz-üzə gələcək.