"Ferrari" Monako Qran Prisi üçün pilotlar üçün nəzərdə tutulmuş xüsusi kombinezonları ictimaiyyətə təqdim edib.
Olimpnews.az xəbər verir ki, komandanın mətbuat xidmətinin paylaşdığı fotolarda Şarl Lekler yer alıb. Budəfəki kombinezonlar əsasən mavi zolaqlı ağ rəngdə hazırlanıb.
Məlumat üçün bildirək ki, Monako Qran Prisi mayın 23-dən 25-dək keçiriləcək. "Ferrari" hazırda 114 xalla Konstruktorlar Çempionatında dördüncü pillədə qərarlaşıb. Yarış cədvəlinə 279 xalla "McLaren" komandası başçılıq edir.