“İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirilib

“İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirilib

Masallıda Nizami Gəncəvi adına xatirə parkında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri keçirilib.
Olimpnews.az xəbər verir ki, 43 nəfər idmançı və 40 nəfər şəhər sakinin iştirak etdiyi kütləvi idman tədbirdə güləş, boks, taekvondo, yerindən uzununa tullanma idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.
Rayonda idmanın kütləvililiyinin təmin edilməsi, sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədi ilə keçirilən tədbir, şəhər sakinlərinin böyük marağına səbəb olub.