"Şəhərlilər" Florian Virts üçün alternativ tapdı 

"Şəhərlilər" Florian Virts üçün alternativ tapdı 

İngiltərənin "Mançester Siti" klubu Florian Virtsin transfer mübarizəsindən geri çəkilib. Olimpnews.az xəbər verir ki, "şəhərlilər" futbolçunun transfer dəyərinin 42 milyon funt sterlinqə çatacağını güman edərək onun alternativi kimi Morqan Qibs Vaytla maraqlanır. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 33 oyunda 7 qol və 10 assistlə yadda qalıb. 
Qeyd edək ki, ingiltərəli futbolçu 2022-ci ildə "Vulverhempton"dan "Nottingem Forest"ə transfer olunub.
Futbolçunun 2027-ci ilə qədər müqaviləsi olsa da, onun transfer qiymətinin 60-70 milyon funt sterlinq arasında olduğu bildirilir.