İngiltərənin "Mançester Yunayted" klubu "Vulverhempton Uanderers"in hücumçusu Mateus Kunanın transferini tamamlamaq üzrədir.
Olimpnews.az xəbər verir ki, "Qırmızı şeytanlar" braziliyalı futbolçu ilə şəxsi şərtlərlə razılıq əldə edib. "Vulverhempton" rəhbərliyi braziliyalı futbolçunun müqaviləsində yer alan 62,5 milyon funt sterlinqlik sərbəst buraxılma maddəsini aktivləşdirməyə qərar verib.
Qeyd edək ki, 25 yaşlı futbolçu cari mövsümdə Premyer Liqada 34 oyunda 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
"Qırmızı şeytanlar" "Sambaçı"nın transferini yekunlaşdırmaq üzrədir
