"Barselona" hücumçusu ilə yeni müqavilə imzalayır 

"Barselona" hücumçusu ilə yeni müqavilə imzalayır 

İspaniyanın "Barselona" klubu braziliyalı hücumçusu Rafinya ilə yeni müqavilə üzrə razılığa gəlib. 
Olimpnews.az xəbər verir ki, kataloniyalılar Rafinya ilə 2027-ci ildə başa çatacaq mövcud müqaviləsini 2030-cu ilə qədər uzatmaq üçün danışıqlara başlayıb. 
Qeyd edək ki, braziliyalı hücumçu 2022-ci ildən "Barselona" klubunun uğurları üçün çalışır. 28 yaşlı "sambaçı" bu mövsüm 49 oyunda 30 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.