İspaniyanın Madird "Real"ı "Athletik"in sol cinah hücumçusu Niko Villiamsı heyətinə cəlb etmək istəyir.
Olimpnews.az Markaya istinadən xəbər verir ki, "Kral klubu" 22 yaşlı futbolçu üçün 58 milyon avroluq sərbəst qalma məbləğini ödəməyə hazırdır.
Qeyd edək ki, ispaniyalı futbolçu ilə "Real"ın əzəli rəqibi "Barselona" da maraqlanırdı.
Bu keçidin reallaşması eyni zamanda yay transfer pəncərəsində Rodriqonun klubdan gedəcəyi ehtimallarını daha da artırır.
"Real" daha bir səs-küylü transfer etməyə hazırlaşır
jpg-1747776247.jpg)