"Qalatasaray"dan transfer bombası 

"Qalatasaray"dan transfer bombası 

Türkiyənin “Qalatasaray” klubu “Mançester Siti”nin heyətində çıxış edən Bernardo Silva üçün rəsmi təklif irəli sürüb.
Olimpnews.az xəbər verir ki, klub rəhbərliyi portuqaliyalı ulduz futbolçu ilə 3+1 illik müqavilə imzalamaq istəyir. 30 yaşlı yarımmüdafiəçi ilə aparılan ilkin danışıqların müsbət məcrada getdiyi bildirilir. 
Qeyd edək ki, ulduz futbolçu bu mövsüm “şəhərlilər”in heyətində 45 oyuna çıxaraq 4 qol və 4 qol ötürməsi ilə yadda qalıb.