Suzuki "Frayburq"a qoşuldu

Suzuki "Frayburq"a qoşuldu

"Brondbü" klubunda çıxış edən 23 yaşlı yaponiyalı hücumameyilli yarımmüdafiəçisi Yuito Suzuki karyerasını Almaniya bundesliqasında davam etdirəcək.

Olimpnews.az xəbər verir ki, o, "Frayburq"da çıxış edəcək. Klubun rəsmi saytında yer alan xəbərə görə tərəflər 7,5 milyon avro qarşılığında razılıq əldə ediblər. Onun müqaviləsi 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək. Suzuki Danimarka klubunda bu mövsüm 39 oyun keçirib, 12 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.