Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
Milli Gimnastika Arenasında təşkil olunan günün ikinci matçında Türkiyə və Macarıstan komandaları üz-üzə gəlib.
C qrupu çərçivəsində keçirilən oyunda qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, bu gün daha altı qarşılaşma keçiriləcək. İlk matçda Fransa yığması Çadı minimal hesabla üstələyib - 1:0.
A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.