"Yuventus"un əfsanəsi 50 yaşında məşqçilik lisenziyası aldı

"Yuventus"un əfsanəsi 50 yaşında məşqçilik lisenziyası aldı

"Yuventus"un əfsanəvi futbolçusu Alessandro Del Pyeroya İtaliya Futbol Federasiyası tərəfindən məşqçilik lisenziyası verilib. İtaliyalı veteran hücumçu bu uğuruna 50 yaşında nail olub.

Xatırladaq ki, Del Pyero karyerasını 2015-ci ildə başa vurub. Onun son çıxış etdiyi klub Hindistanın "Dehli Dinamos"u olub.  Alessandro “Yuventus”un bütün zamanların bombardiri (290 qol), ən çox oyun keçirən (705) futbolçusu kimi tarixə düşüb.