Kriştianu Ronaldo yay transfer pəncərəsində Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunu tərk etməyə hazırlaşır.
Olimpnews.az “Marca”ya istinadən xəbər verir ki, ulduz hücumçu ilə Mərakeşin “Vidad” klubu yaxından maraqlanır. Klub rəhbərliyi iyunun ortalarında ABŞ-da keçirləcək Klublararası Dünya Çempionatı başlamazdan əvvəl Kriştianunun transferini başa çatdırmaq niyyətindədir.
Qeyd edək ki, Ronaldo gələn ay start götürəcək klublararası dünya çempionatında iştirak etmək arzusundadır. "Vidad" klubu isə həmin çempionatda G qrupunda yarışacaq. Onların rəqibləri "Əl-Əyn", "Yuventus" və "Mançester Siti" klubları olacaq.