"Barselona" baş məşqçi Hansi Fliklə müqaviləni 2027-ci ilə qədər uzatdı

"Barselona" baş məşqçi Hansi Fliklə müqaviləni 2027-ci ilə qədər uzatdı

İspaniyanın "Barselona" klubu almaniyalı baş məşqçisi Hansi Fliklə olan müqaviləsini 2027-ci ilin yayına qədər uzadıb.

Olimpnews.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

60 yaşlı alman mütəxəssis 2024-cü ilin may ayında "Barselona"nın sükanı arxasına keçib. Onun rəhbərliyi altında komanda cari mövsümdə İspaniya La Liqasının çempionu olub, həmçinin ölkə kuboku və Superkubokunu qazanıb.