Türkiyənin “Qalatasaray” klubunda icarə əsasında çıxış edən nigeriyalı hücumçu Viktor Osimhen gələcək karyerası ilə bağlı qərarını açıqlayıb.
Olimpnews.az xəbər verir ki, futbolçu “Yuventus”un ona etdiyi transfer təklifini qəbul etməyib.
Futbolçunun meneceri Corc Qardi də futbolçunun İstanbulda qalmaq istədiyini təsdiqləyib.
Qeyd edək ki, bu mövsüm “sari-qırmızılılar”ın heyətində 30 oyunda çıxış edən hücumçu 26 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Osimhen “Yuventus”un təklifini rədd etdi
