FIFA-nın prezidenti Canni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəfə ünvanladığı məktubda “Qarabağ” Futbol Klubunu Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün qalibi olması münasibətilə təbrik edib.
O, Ağdam klubunu təbrik etməkdən məmnun olduğunu bildirib və AFFA prezidentinə təşəkkür edib: "Onların mövsüm boyu davamlı səyləri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm. Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə, fədakarlığa görə, assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizinlə tezliklə yenidən görüşməyi səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, "Qarabağ" tarixində 12-ci dəfə Azərbaycan çempionu olub.