Leverkuzen "Bayer"inin müdafiəçi Pyero İnkapye gələn yay La Liqanın iştirakçısı olmağa namizəddir.
Olimpnews.az "El Chiringuito"ya istinadən xəbər verir ki, Madrid "Real"nın yeni baş məşqçisi Xabi Alonso 23 yaşlı futbolçunu özü ilə gətirməyə hazırlaşır.
Qeyd edək ki, ekvadorlu futbolçu "əczaçılar"ın heyətində 45 oyunda 3 qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb. Onun transfer dəyəri 60 milyon avrodur.