“Qalatasaray” klubunun qapıçısı Fernando Muslera mövsüm sonunda komandadan ayrılacaq.
Olimpnews.az xəbər verir ki, uruqvaylı qapıçının komandadan ayrılması səbəbindən “sarı-qırmızılılar” yeni qapıçı axtarışlarını sürətləndiriblər. Belə ki, “Qalatasaray” rəhbərliyi Fransanın “Nitsa” klubunda çıxış edən 25 yaşlı polşalı qapıçı Marçin Bulkanı transfer etmək istəyir.
2024/25 mövsümündə Fransa təmsilçisinin heyətində 34 liqa oyununda iştirak edən Bulka qapısından 11 qol buraxıb. Bu göstərici polşalı qapıçını Avropanın ən yaxşı beş liqasında ən çox qolun qarşısını alan qapıçılardan biri kimi ön sıralara çıxarıb.
Türkiyə klubu 2026-cı ilin yayında müqaviləsi başa çatacaq qapıçı üçün 10 milyon avro təklif edəcək.
“Qalatasaray” Bulkadan əl çəkmir
