Nurlan Əzizov: “Fitnes sadəcə bədən üçün deyil, ruh üçün də bir azadlıqdır”
BOK
22.05.2025, 15:19
Müasir dövrdə sağlam həyat tərzi və fiziki aktivlik insanların gündəlik prioritetləri sırasına daxil olub. Həm fiziki, həm də psixoloji sağlamlığın qorunmasında mühüm rol oynayan fitnes, artıq bir çoxları üçün sadəcə idman deyil, həyat tərzinə çevrilməkdədir. Bu istiqamətdə düzgün yanaşma və motivasiya isə peşəkar məşqçilərin dəstəyindən keçir. Bu sayımızda “Sahil Fitness Mərkəzi”nin beynəlxalq sertifikatlı məşqçisi Nurlan Əzizovla söhbətləşdik. O, oxucularımıza fitnesə necə başlanmalı, hansı prinsiplərə əməl edilməli və sağlam bədənə gedən yolda nələrə diqqət yetirilməli olduğu barədə öz məsləhətlərini verib.
- Nurlan, fitneslə məşğul olmağa nə zamandan başladınız? - Fitnesə marağım gənc yaşlarımdan başlayıb. İlk məqsədim sadəcə formada qalmaq idi, amma zaman keçdikcə bunun mənə yalnız fiziki deyil, həm də zehni baxımdan nə qədər müsbət təsir etdiyini gördüm. Enerjim artdı, özümə inamım yüksəldi və gündəlik həyatda daha balanslı biri oldum.
- Fitnesin insan sağlamlığına nə kimi faydaları var? - Fitnes ümumilikdə sağlam həyatın əsas amillərindən biridir. O, yalnız əzələləri gücləndirmir, həm də ürək-damar sistemini möhkəmləndirir, metabolizmi sürətləndirir və immuniteti gücləndirir. Üstəlik, idman endorfin hormonlarını artırır, yəni özümüzü daha xoşbəxt və rahat hiss edirik.
- Yeni başlayanlara necə məşq etməyi tövsiyə edirsiniz? - Ən vacib məqam - tələsməmək və davamlı olmaqdır. İlk növbədə bədəni öyrəşdirmək lazımdır. Həftədə 3-4 dəfə yüngül məşqlərlə başlamaq idealdır. Əgər imkan varsa, bir məşqçi ilə başlamaq həm texnika, həm də məqsədə yetmək baxımından çox kömək edir.
- Qidalanma və dieta məsələsində nələrə diqqət yetirirsiniz? - Qidalanma uğurlu nəticənin 70-80 faizini təşkil edir. Mən əsasən təmiz və balanslı qidalanmağa üstünlük verirəm. Protein, sağlam yağlar və kompleks karbohidratlar gündəlik rasionumun əsasını təşkil edir. Fast-food və şəkərli məhsullardan uzaq durmağa çalışıram. Bol su içmək və gecə yeməklərindən qaçmaq da vacibdir. Dieta deyəndə insanların ağlına aclıq gəlir, amma düzgün qidalanma heç vaxt aclıq deyil – bu, bədəninə ehtiyacı olanı verməkdir.
- Fitnesi həyat tərzi halına gətirmək üçün nə tövsiyə edərdiniz? - Əsas məsələ - dözümlü olmaq və məqsədə doğru irəliləməkdir. Bu yolda hər kəsin məqsədi fərqli ola bilər. Kimin üçün sağlamlıq, kimin üçün vizual dəyişiklik, kimin üçün isə sadəcə stressdən uzaqlaşmaq. Amma davamlılıq, nizam və düzgün yanaşma olduqdan sonra mütləq müsbət nəticə qazanmaq olur. Fitnes bir müddət sonra vərdişə və həyatın ayrılmaz hissəsinə çevrilir.
Mirağa Əliyev
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb
19.08.2026, 18:18 Formula 1
-
Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib
19.08.2026, 17:03 Futbol
-
Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
19.08.2026, 15:49 Voleybol
-
Futbol hakimlərimiz UEFA-nın yay kursunda
19.08.2026, 15:35 Futbol
-
Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb
19.08.2026, 14:53 Futbol
-
“Roma” portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb
19.08.2026, 14:07 Futbol
-
“Aston Villa”dan iki transfer
19.08.2026, 13:15 Futbol
-
“Monako” Poqba ilə yollarını ayırıb
19.08.2026, 12:23 Futbol
-
"Məqsədimiz Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqdır"
19.08.2026, 11:57 Futbol
-
Azərbaycan taekvondoçuları Prezident Kubokunda mübarizəyə başlayırlar
19.08.2026, 11:24 Taekvondo
-
Dünyanın ən yaxşı cinah müdafiəçilərinin reytinqi tərtib edilib
19.08.2026, 10:37 Futbol
-
"Sabah" bu gün ilk oyununa çıxacaq
19.08.2026, 10:05 Futbol
-
Güləşçimiz dünya çempionatında bürünc medal qazanıb
18.08.2026, 19:41 Güləş
-
“Real Madrid” Joze Mourinyonu ictimaiyyətə təqdim edib
18.08.2026, 19:08 Futbol
-
Üç güləşçimiz dünya çempionatının yarımfinalında
18.08.2026, 18:20 Güləş
-
Avropa çempionatının Bakıdakı oyunlarını idarə edəcək hakimləri bəlli olub
18.08.2026, 16:09 Voleybol
-
Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar
18.08.2026, 15:30 Cüdo
-
Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib
18.08.2026, 14:48 Voleybol
-
Niderlandlı futbolçu “Borussiya Dortmund”da
18.08.2026, 14:16 Futbol
-
Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
18.08.2026, 13:43 Cüdo
-
Amar “Nyukasl”da
18.08.2026, 12:42 Futbol
-
“Sabah” basketbol klubu yeni mövsümə Litvada hazırlaşacaq
18.08.2026, 12:00 Basketbol
-
Azərbaycan klubunun APOEL-lə oyunlarının məkanı bəlli olub
18.08.2026, 11:37 Olimpiya dünyası
-
Harri Keynlə danışıqlar aparırlır
18.08.2026, 11:10 Futbol
-
“Fənərbağça” bu gün Fransa klubu ilə qarşılaşacaq
18.08.2026, 10:43 Futbol
-
Boksçumuz Avropa çempionatının yarımfinalında
18.08.2026, 10:21 Boks
-
İki cüdoçumuz İspaniyada qızıl medal qazandı
17.08.2026, 15:10 Cüdo
-
Azərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalında
17.08.2026, 14:18 Boks
-
Rodri “Barselona”ya keçir
17.08.2026, 11:21 Futbol
-
Misli Premyer Liqası: "Qarabağ" "Şamaxı"ya qarşı
17.08.2026, 10:04 Futbol
-
Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək
16.08.2026, 20:21 Gündəm
-
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu adını qazandı
15.08.2026, 18:15 Cüdo
-
Gimnastımız dünya çempionatında iştirak edib
14.08.2026, 13:53 Gimnastika
-
Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilir
14.08.2026, 11:40 Futbol