İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Rasmus Höylund karyerasını yenidən İtaliya A seriyasında davam etdirə bilər.
Olimpnews.az xəbər verir ki, “Napoli” və “Yuventus”un ardından “İnter” də danimarkalı hücumçunun xidmətlərində maraqlıdır. Futbolçunun transfer dəyəri 60 milyon avro civarında qiymətləndirilir.
Qeyd edək ki, 22 yaşlı hücumçu 2023-cü ilin yayında “Atalanta”dan 70 milyon avro qarşılığında “Mançester Yunayted"ə keçsə də, Premyer Liqada ümidləri doğrulda bilməyib. O, bu mövsüm 31 oyunda cəmi 4 dəfə rəqib qapılarına yol tapıb.
Danimarkalı futbolçu yenidən A seriyasına qayıda bilər
