UEFA "Tottenhem"dən üzr istəyib

UEFA "Tottenhem"dən üzr istəyib

UEFA Avropa Liqasının qalibi olan "Tottenhem" klubundan üzr istəyib.

Olimpnews.az xəbər verir ki, mükafatlandırma mərasimində kapitan Son Heung-Min də daxil olmaqla üç oyunçuya medal çatmayıb. "Təəssüf ki, mükafatlandırma mərasimi zamanı oyunçuların sayındakı gözlənilməz uyğunsuzluğa görə səhnədə təqdim etmək üçün kifayət qədər medalımız olmadı. Medallar dərhal soyunub-geyinmə otağında qalib komandaya çatdırılıb. Buna görə komandadan üzr istəyirik. Kapitanın medalsız kubok qaldırması bütün dünyanın diqqətini cəlb edib. Biz də buna görə məyus olduq", - deyə Reuters UEFA-nın mətbuat xidmətinin adını açıqlamayan nümayəndəsindən sitat gətirib.

Məlumat üçün bildirək ki, "Tottenhem" Avropa Liqasının finalında "Mançester Yunayted"i məğlub edib - 1:0.

UEFA "Tottenhem"dən üzr istəyib UEFA "Tottenhem"dən üzr istəyib