İcarə əsasında "Qalatasaray"da çıxış edən "Napoli"nin hücumçusu Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Olimpnews.az "Foot Mercato"ya istinadən xəbər verir ki, "Əl-Hilal" 26 yaşlı nigeriyalı futbolçu ilə müsbət danışıqlara başlayıb.
Qeyd edək ki, Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlərdə 40 oyunda 36 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub.