"Sağsağanlar" son sınağa yeni forma ilə çıxacaqlar 

"Sağsağanlar" son sınağa yeni forma ilə çıxacaqlar 

İngiltərənin "Nyukasl" klubu rəsmi saytında növbəti mövsüm üçün yeni formasını təqdim edib.

"Biz 2025/26 mövsümü üçün yeni ev dəstimizi təqdim etməkdən qürur duyuruq. Qara-ağ zolaqlara bəzənmiş formamızla  bazar günü "Sent Ceyms Park"da «Everton»a qarşı mübarizə aparacağıq", - deyə klubun açıqlamasında qeyd olunur.

Məlumat üçün bildirək ki, "sağsağanlar" Premyer Liqada sona 1 tur qalmış 66 xalla 4-cü pillədə qərarlaşıblar. 

"Sağsağanlar" son sınağa yeni forma ilə çıxacaqlar