"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola gələn ay start götürəcək klublararası dünya çempionatı haqında fikirlərini bölüşüb.
O bildirib ki, ABŞ-da təşkil olunacaq çempionatında iştirak etmək böyük şərəfdir. "Yarışın başlanmasını səbirsizliklə gözləyirik. Klublararası dünya kubokunu qazanmaq bizim üçün böyük nailiyyət olardı. Nəzərə alaq ki, bizdən başqa çempionluğa daha 31 iddialı var", - deyə "Marca" qəzeti ispaniyalı məşqçinin sözlərindən sitat gətirib.
Qeyd edək ki, Klublararası Dünya Çempionatı 15 iyun-13 iyul tarixlərində keçiriləcək.