Bu gün futbol üzrə İtaliya A Seriyasının qalibi adına aydınlıq gələcək.
Olimpnews.az xəbər verir ki, liderlik şanslarını saxlayan “İnter” və “Napoli” komandalar bu gün çempionatda son oyunlarını keçirəcəklər. “Neradrzuri” səfərdə "Komo" ilə qarşılaşacaq. Lider "Napoli" isə doğma meydanda "Kalyari"ni qəbul edəcək. 37 turdan sonra aktivində 79 xalı olan "Napoli" liderliyini davam etdirir. Nepollulardan bir xal geri qalan “İnter” isə ikincidir. Bu iki oyunun nəticəsindən sonra Seriya A-nın qalibi müəyyənləşəcək.
İtaliya A Seriyasının qalibi bu gün müəyyənləşir
