İtaliyanın “Milan” klubu islahatlara başlayıb. Olimpnews.az xəbər verir ki, cari mövsümdəki uğursuzluqların ardından klub rəhbərliyi idman direktoru vəzifəsində dəyişiklik etməyi planlaşdırıb. Belə ki, “rossanerilər” Iqli Tareni komandanın idman direktoru vəzifəsinə gətirəcək.
Xatırladaq ki, o, 2008-2023-cü illərdə eyni vəzifəni “Latsio” klubunda icra edib.