“Mançester Yunayted”in argentinalı futbolçusu Alexandro Qarnaço yay transfer pəncərəsində klubdan ayrılacaq.
Olimpnews.az xəbər verir ki, futbolçu baş məşqçi Ruben Amorimin gəlişindən sonra komandada az oyun vaxtı aldığına görə narazılığını bildirib. Klub rəhbərliyi real təklif gələrsə, onu satmaq üçün danışıqlar aparmağa hazır olduğunu bildiirb. Vingerlə Premyer Liqa klubları ilə yanaşı Səudiyyə Ərəbistanı təmsilçiləri də maraqlanır.
Argentinalı futbolçu "Mançester Yunayted"i tərk edir
