Fərhad Rəcəbli: "Cüdoya olan sevgim və ölkəmə olan bağlılığım mənim üçün hər şeydən önəmlidir"
BOK
23.05.2025, 23:42
"11-ci dəfə Avropa çempionu tituluna sahib olduğum üçün çox sevinirəm". Bu sözləri Latviyanın paytaxtı Riqada keçirilən usta cüdoçular arasında Avropa çempionatında M-8 kateqoriyasında qızıl medal qazanan Azərbaycan idmançısı Fərhad Rəcəbli (-90 kq) Olimpnews.az saytına müsahibəsində deyib. Usta cüdoçular arasında 11 qat Avropa, 12 qat dünya çempionu olan Azərbaycan komandasının kapitanı budəfəki yarışın da gərginliyi ilə yadda qaldığını qeyd edib. "Yarışa yüksək səviyyədə hazırlaşmışdıq. Demək olar ki, Las-Veqasda keçirilən dünya çempionatından sonra bu yarışın hazırlıqlarına başladıq. Nəticə də gözlənildiyimiz kimi oldu. Çıxışımdan razı qaldım. Artıq 65 yaşım var. Azərbaycanda bu yaşda belə stabil şəkildə çıxış edən və bu qədər nailiyyət qazanan az idmançı var. Bunları heç vaxt şöhrət xatirinə etmirəm. Cüdoya olan sevgim və ölkəmə olan bağlılığım mənim üçün hər şeydən önəmlidir. Hər dəfə tatami üzərinə çıxanda ölkəmi təmsil etdiyimi düşünürəm və bu mənə sonsuz qürur verir", - deyə Fərhad Rəcəbli qeyd edib. O, söhbət zamanı gələcək hədəfləri barədə də məlumat verib: "Artıq 23 ildir ki, veteranların müarizəsində dünya və Avropa çempionatlarında iştirak edirəm. Məndən sonra veteranlar hərəkatına qoşulan cüdoçularımız da kifayət qədərdir. Nəticələr də yüksəkdir. Əsas odur ki, peşəkar karyeramızı başa vursaq da, hər zaman cüdo ilə nəfəs alırıq. Bu yarışdan sonra isə noyabrın 4-7-də Parisdə keçiriləcək usta cüdoçular arasında dünya çempionatına hazırlaşacağıq. İnanıram, həmin yarışa da yüksək səviyyədə hazırlaşaraq növbəti çempionluğumuzu qeyd edəcəyik". Usta cüdoçumuz bu gün komandamızın daha 4 medal qazandığını qeyd edərək qarşıdakı günlərdə də təmsilçilərimizdən uğurlar gözlədiyini bildirib. "Bu gün komandamızın üzvlərindən Babək Hacıyev, Vaqif Kərimov və Emil Hüseynov Avropa çempionu adını qazandı. Samir İsmayılov isə çıxışını bürünc medalla başa vurdu. Sabah isə titullu qadın cüdoçumuz Zülfiyyə Hüseynova mübarizəyə başlayacaq. Bundan başqa digər yaş kateqoriyalarında çıxış edən kişi cüdoçularımız tatami üzərinə çıxacaq. İnanıram ki, həmin usta cüdoçularımız da Vətənə medallarla qayıtmağı bacaracaqlar", - deyə Fərhad Rəcəbli bildirib. Qeyd edək ki, komandamız hazırda 4 qızıl və 1 bürünc medalla ümumi komanda hesabında dördüncü pillədə qərarlaşıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb
19.08.2026, 18:18 Formula 1
-
Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib
19.08.2026, 17:03 Futbol
-
Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
19.08.2026, 15:49 Voleybol
-
Futbol hakimlərimiz UEFA-nın yay kursunda
19.08.2026, 15:35 Futbol
-
Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb
19.08.2026, 14:53 Futbol
-
“Roma” portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb
19.08.2026, 14:07 Futbol
-
“Aston Villa”dan iki transfer
19.08.2026, 13:15 Futbol
-
“Monako” Poqba ilə yollarını ayırıb
19.08.2026, 12:23 Futbol
-
"Məqsədimiz Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqdır"
19.08.2026, 11:57 Futbol
-
Azərbaycan taekvondoçuları Prezident Kubokunda mübarizəyə başlayırlar
19.08.2026, 11:24 Taekvondo
-
Dünyanın ən yaxşı cinah müdafiəçilərinin reytinqi tərtib edilib
19.08.2026, 10:37 Futbol
-
"Sabah" bu gün ilk oyununa çıxacaq
19.08.2026, 10:05 Futbol
-
Güləşçimiz dünya çempionatında bürünc medal qazanıb
18.08.2026, 19:41 Güləş
-
“Real Madrid” Joze Mourinyonu ictimaiyyətə təqdim edib
18.08.2026, 19:08 Futbol
-
Üç güləşçimiz dünya çempionatının yarımfinalında
18.08.2026, 18:20 Güləş
-
Avropa çempionatının Bakıdakı oyunlarını idarə edəcək hakimləri bəlli olub
18.08.2026, 16:09 Voleybol
-
Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar
18.08.2026, 15:30 Cüdo
-
Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib
18.08.2026, 14:48 Voleybol
-
Niderlandlı futbolçu “Borussiya Dortmund”da
18.08.2026, 14:16 Futbol
-
Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
18.08.2026, 13:43 Cüdo
-
Amar “Nyukasl”da
18.08.2026, 12:42 Futbol
-
“Sabah” basketbol klubu yeni mövsümə Litvada hazırlaşacaq
18.08.2026, 12:00 Basketbol
-
Azərbaycan klubunun APOEL-lə oyunlarının məkanı bəlli olub
18.08.2026, 11:37 Olimpiya dünyası
-
Harri Keynlə danışıqlar aparırlır
18.08.2026, 11:10 Futbol
-
“Fənərbağça” bu gün Fransa klubu ilə qarşılaşacaq
18.08.2026, 10:43 Futbol
-
Boksçumuz Avropa çempionatının yarımfinalında
18.08.2026, 10:21 Boks
-
İki cüdoçumuz İspaniyada qızıl medal qazandı
17.08.2026, 15:10 Cüdo
-
Azərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalında
17.08.2026, 14:18 Boks
-
Rodri “Barselona”ya keçir
17.08.2026, 11:21 Futbol
-
Misli Premyer Liqası: "Qarabağ" "Şamaxı"ya qarşı
17.08.2026, 10:04 Futbol
-
Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək
16.08.2026, 20:21 Gündəm
-
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu adını qazandı
15.08.2026, 18:15 Cüdo
-
Gimnastımız dünya çempionatında iştirak edib
14.08.2026, 13:53 Gimnastika
-
Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilir
14.08.2026, 11:40 Futbol