UEFA Çempionlar Liqasının qalibi müəyyənləşib

UEFA Çempionlar Liqasının qalibi müəyyənləşib

Qadınlar arasında UEFA Çempionlar Liqasının qalibi müəyyənləşib. Lissabonun “Joze Alvalade”da keçirilən görüşdə İspaniyanın “Barselona” və “Arsenal” klubları üz-üzə gəlib. Final görüşünün müqəddəratını cəmi 1 qol həll edib. “Topçular”ın heyətində Stina Blaksteniusun (74) vurduğu qol “Arsenal” üçün yetərli olub. Qeyd edək ki, “Barselona” bundan əvvəl iki mövsum ardıcıl Liqanın qalibi olub.