Almaniyalı futbolçu “Liverpul”da!

Almaniyalı futbolçu “Liverpul”da!

“Liverpul” gözlənilməyən transferini reallaşdırıb. Belə ki, Almaniya millisinin və "Bayer"in vingeri Florian Virts karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. İnsayder Fabrizio Romanonun verdiyi məlumata görə yarımmüdafiəçi "merisisaydlılar"la müqavilə imzalayıb. Onun transfer dəyəri 140 milyon avro qiymətləndirilir. Qeyd edək ki, o, bu mövsüm “əczaçılar”ın heyətində 45 matçda iştirak edib. 16 qol və 15 məhsuldar ötürmə müəllifi olub.