"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandanın vingeri Ansu Fati barədə ona ünvanlanan sualları cavablandırıb. "Ansunun gələcəyi barədə yekun qərar vermək mənim səlahiyyətimdə deyil. Onun klubla müqaviləsi var. Qərar ona və rəhbərliyə aiddir. O, istedadlı futbolçudur", - Diario nəşri baş məşqçidən sitat gətirib.
Qeyd edək ki, Ansu Fatinin növbəti mövsümdə klubu tərk edib, “Monako”da forma geyinəcəyi barədə məlumatlar yer alıb. 22 yaşlı ispaniyalı futbolçunun “Transfermarkt” portalındakı qiyməti 5 milyon avro ilə qiymətləndirilir.