Avropa çempionatı: Usta cüdoçularımızdan daha iki medal

Avropa çempionatı: Usta cüdoçularımızdan daha iki medal

Latviyanın paytaxtı Riqada keçirilən usta cüdoçula arasında Avropa çempionatı davam edir. 
Olimpnews.az xəbər verir ki, yarışların üçüncü günündə Azərbaycan komandasının daha iki üzvü mükafatçılar sırasında yer alıb.  
Ustalar arasında titullu idmançımız Zülfiyyə Hüseynova (-70 kq) Riqada növbəti uğurunu qazanıb. F-6 yaş kateqoriyasında qüvvəsini sınayan cüdoçumuz bütün rəqiblərini üstələyərək qızıl medal layiq görülüb. 
Komandamıza növbəti medalı isə M-1 yaş kateqoriyasında mübarizə aparan  Samir İsmayılov qazandırıb. -73 kq çəkidə gücünü sınayan usta cüdoçumuz çıxışını bürünc medalla başa vurub. 
Bununla da usta cüdoçularımızın Avropa çempionatında qazandığı medalların sayı 7-yə çatıb. 
Xatırladaq ki, əvvəlki yarış günlərində Fərhad Rəcəbli (M-8, -90 kq), Babək Hacıyev (M-4, -60 kq), Vaqif Kərimov (M-4, -73 kq), Emil Hüseynov (M-4, -100 kq) qızıl, Samir İsmayılov (M-3, -81 kq) isə bürünc medala sahib çıxmışdı. 
Hazırda aktivində 5 qızıl və 2 bürünc medal olan yığmamız 36 ölkə arasında kişilərin mübarizəsində 4-cü, ümumi komanda sıralamasında isə 5-ci pillədə yer alıb. 
915 (749 kişi, 166 qadın) usta cüdoçunun iştirak etdiyi fərdi yarışlara bu gün yekun vurulacaq. 

Avropa çempionatı: Usta cüdoçularımızdan daha iki medal