Madrid klubunda Modriçi kim əvəz edə bilər?

Madrid klubunda Modriçi kim əvəz edə bilər?

Madrid “Real”ı Luka Modriçin yayda ayrılacağını nəzərə alaraq yeni futbolçu axtarışına çıxıb.

Olimpnews.az “Marca”ya istinadən xəbər verir ki, Madrid klubu PSJ-dən Vitinhaya diqqət yönəldib. 25 yaşlı portuqaliyalı fuboçunun transfer qiyməti 60 milyon avrodur. Onun Paris klubu ilə müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.