Çimərlik futbolu üzrə millimiz Avropa superfinalına vəsiqə qazanıb

Çimərlik futbolu üzrə millimiz Avropa superfinalına vəsiqə qazanıb

Azərbaycanın çimərlik futbolu üzrə millisi Avropa superfinalına vəsiqə qazanıb.
AFFA-nın mətbuat xidmətindən verilən məlumata görə, B Liqasının A qrupunda yer alan komandamız I seçmə mərhələnin sonuncu matçında Litva yığması ilə qarşılaşıb.
İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş rəqibin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində hər üç qolu Orxan Məmmədov vurub.
Beləliklə, qrupu 5 xalla ikinci pillədə başa vuran Sahib Məmmədovun komandası sentyabrın 7-14-ü aralığında İtaliyada təşkil olunacaq Superfinalda mübarizə aparacaq. 8 komandanın iştirakı ilə keçiriləcək yarışda ilk iki yeri tutacaq kollektivlər A Liqasına yüksələcəklər.
Qeyd edək ki, Azərbaycan yığması qrupun ilk iki matçında İngiltərəni 5:4, Belçikanı isə 11:2 hesabı ilə məğlub edib.