Özbəkistan açıq çempionatında uğurlu nəticə 

Özbəkistan açıq çempionatında uğurlu nəticə 

Triatlon üzrə açıq Özbəkistan çempionatında Azərbaycan idmançıları yüksək nəticələrlə yadda qalıblar. Azərbaycan Triatlon Fedreasiyasının mətbuat xidmətindən verilən məlumata görə, milli komandamızın üzvü Əli Rzazadə 43 iştirakçı arasında bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutub. Elit kateqoriyada çıxış edən Leyla Abduləzizova isə 13 qadın idmançı arasında fəxri kürsünün ikinci pilləsində yer alıb. 
Digər idmançımız Tural Atakişiyev isə age qroup (18–25 yaş) kateqoriyasında öz yaş qrupunda birinci yerə çıxıb.
 

Özbəkistan açıq çempionatında uğurlu nəticə  Özbəkistan açıq çempionatında uğurlu nəticə