Minifutbol komandamız 1/8 finala vəsiqə qazandı

Minifutbol komandamız 1/8 finala vəsiqə qazandı

Minifutbol üzrə milli komandamız Bakıda keçirilən dünya çempionatının 1/8 final mərhələsinə vəsiqə qazanıb. 

Olimpnews.az xəbər verir ki, A qrupunda mübarizə aparan yığmamız mempionatın üçüncü turu çərçivəsində Mavritaniya millisinə 2:0 hesabı ilə qalib gəlməklə bu hüquqa yiyələnib. Milli Gimnastika Arenasında keçirilən oyunda komandamızın qələbə qollarını Mirmehdi Rzayev və Ramiz Çovdarov vurub.

Qeyd edək ki, komandamız qrup mərhələsini 7 xalla birinci pillədə başa vurub. Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv daha Bəhreynlə heç-heçə edib (1:1), Sloveniya yığmasına isə 4:0 hesabı ilə qalib gəlib.