Misli Premyer Liqası: "Zirə" sonuncu turu qələbə ilə başa vurdu

Misli Premyer Liqası: "Zirə" sonuncu turu qələbə ilə başa vurdu

Futbol üzrə Misli Premyer Liqasında 2024/2025 mövsümünə yekun vurulub. 

Olimpnews.az xəbər verir ki, mövsümün və 36-cı turun son oyununda “Zirə” və “Araz-Naxçıvan” kollektivləri üz-üzə gəlib. “Liv Bona Dea Arena”da keçirilən oyun qəsəbə təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -0:1. Oyunda vurulan yeganə qolun müəllifi "Zirə"nin futbolçusu Junior Martins olub. O, matçın 58-ci dəqiqəsində fərqlənməklə komandasına qələbə qazandırıb. Rəşad Sadıqovun komandası qələbə sayəsində xallarının sayını 74-ə çatdıraraq çempionatı gümüş medalla başa vurub. Naxçıvan təmsi isə 58 xalla üçüncü yeri tutaraq bürünc medallara sahib çıxıb.