Madrid "Real"ında daha bir futbolçu zədə problemi ilə üzləşib.
Olimpnews.az xəbər verir ki, "Kral klubu"nun yarımmüdafiəçisi Federiko Valverde ötən gün "Real Sosiedad" komandası ilə oyunda zədələnib. İlkin üayinələrdən sonra futbolçunun bir həftəlik yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Futbolçu klublararası dünya çempionatına qədər komandanın sralarına qoşulacaq.