Belçikanın “Union" klubu 90 ildən sonra ilk dəfə ölkə çempionu adını qazanıb.
Olimpnews.az xəbər verir ki, “Gent” üzərində 3:1 hesablı qələbə qazanan Brüssel təmsilçisi 2024/25 mövsümünün çempionu olub. Bununla da 1935-ci ildən bəri ilk dəfə Belçika Pro Liqasının qalibi adına sahib çıxıb.
"Union" mövsümü 56 xalla birinci pillədə başa vurub. Ən yaxın izləyicisi “Klub Brügge” isə 53 xalla ikinci yeri tutub.
Qeyd edək ki, 1897-ci ildə yaradılan “Union Saint-Jillua” klubu 1904-1935-ci illərdə 11 dəfə Belçika çempionu olub. Lakin 1960-cı illərdən sonra klub aşağı liqalara yuvarlanaraq uzun illər elitadan uzaq qalıb.
90 il sonra gələn çempionluq sevinci
