"Barselona" La Liqanı qələbə ilə başa vurdu

"Barselona" La Liqanı qələbə ilə başa vurdu

İspaniyanın “Barselona” klubu La Liqanı qələbə ilə başa vurub. 
Olimpnews.az xəbər verir ki, Hans-Diter Flikin komandası La Liqanın sonuncu - 38-ci turunda Bilbao səfərinə yollanıb. San Mames stadionunda “Atletik”in qonağı olan katalonlar 3:0 hesablı qələbə qazanıblar. Qonaqların heyətində Robert Levandovski matçın 14-cü və 17-ci dəqiqələrində fərqlənib. Oyunda son nöqtəni isə Dani Olmo 90+4-cü dəqiqədə penaltidən sonra müəyyənləşdirib. 
Beləliklə, katalonlar Bask səfərində üç xalı üç cavabsız qolla qazanıb. 
Bununla da “Barselona” klubu 38 turdan ibarət olan çempionatı 88 xalla birinci pillədə başa vurub. Bilbao təmsilçisi isə çempionatı 70 xalla 4-cü pillədə yekunlaşdırıb. 
Qeyd edək ki, Hans Flikin komandası çempionluğu 36-cı turda “Espanyol”la oyunda qazandığı 2:0 hesablı qələbədən sonra təmin etmişdi.