“İdman hamı üçün” layihəsi çərçivəsində növbəti tədbir 

“İdman hamı üçün” layihəsi çərçivəsində növbəti tədbir 

Cəlilabad rayon Göytəpə şəhər Mərkəzi parkında 45 nəfər idmançının iştirakı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Olimpnews.az xəbər verir ki, açıq havada təşkil edilən tədbirdə  sərbəst güləş idman növü üzrə nümunəvi çıxışlar olub. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən  tədbir sakinlər tərəfindən maraqla qarşılanıb.