Macarıstanın Sigetsenmikloş şəhərində sumo üzrə Avropa çempionatı keçirilib. 17 ölkədən 300-dən çox idmançının mübarizə apardığı qitə çempionatı U-21, U-23 və böyüklər kateqoriyaları üzrə təşkil edilib. Ölkəmiz yarışda Yapon Döyüş növləri və Mədəniyyəti Assosiasiyasının rəhbərliyi altında 4 sumoçu ilə təmsil olunub. Komandamız yarışı iki medalla başa vurub. Təmsilçilərimizdən U-23 kateqoriyasında mübarizə aparan Rəsul Məmmədzadə fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Böyüklər kateqoriyasında qüvvəsini sınayan Çingiz Səmədov isə bürünc medal əldə edib. 100 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançı ötən il Yunanıstanın Lutraki şəhərində keçirilmiş qitə birinciliyində gümüş medal qazanmışdı.
Sumoçularımız Avropa çempionatını 2 medalla başa vurdular
