"Konstitusiya və Suverenlik İli" çərçivəsində üzgüçülük yarışı keçirilib

"Konstitusiya və Suverenlik İli" çərçivəsində üzgüçülük yarışı keçirilib

Lənkəranda "Konstitusiya və Suverenlik İli" çərçivəsində şəhər Olimpiya İdman Kompleksində “Üzməyi öyrənək” layihəsinin VI mərhələsi çərçivəsində üzgüçülük yarışı keçirilib. 
Bu ilin aprel ayında start verilən üzgüçülük məşğələlərinə ümumtəhsil məktəblərin 1-5-ci sinif şagirdləri iştirak etmişdi. Burada əsas məqsəd uşaqlara üzməyi öyrətməklə yanaşı, onların sağlamlığını təmin etmək, bu idman növünün təbliği və inkişafına nail olmaqdır.
Layihənin sonunda qaliblərə diplom, iştirakçılara sertifikat təqdim olunub.